Yeni il gecəsi Dubayda ən böyük lazer şousu üzrə rekord müəyyən edilib.
Mynews.az oxu.az-a istinadən məlumatına görə, bu il “Light Up 2018” dünyanın ən yüksək tikilisində – “Bürc Xəlifə” qülləsində ənənəvi atəşfəşanlığı əvəz edib.
Şounu izləməyə on minlərlə insan gəlib. Şou zamanı tamaşaçılar yeddi dəqiqə ərzində göydələnlər və məşhur rəqs edən fəvvarələrin üzərində lazer proyeksiyalarını izləyiblər.
“Light Up 2018” “bir binada ekranlaşdırılan ən böyük lazer və səs şousu” kimi “Ginnesin Rekordlar Kitabı”na daxil ediləcək.
Bundan əvvəlki rekord 2013-cü ildə Honkonqda qeydə alınmışdı. Həmin lazer şousu 46 min kvadrat metrdən çox sahəni əhatə etmişdi. Dubay şousunu sahəsi isə iki dəfə çox — 109 min kvadrat metr təşkil edib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub