USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

"2017 tarixə qızıl hərflərlə yazıla biləcək illərdən biri oldu" Bəhruz Quliyev

20:14 01.01.2018
"2017 tarixə qızıl hərflərlə yazıla biləcək illərdən biri oldu" Bəhruz Quliyev
20:14 01.01.2018

“2017 Azərbaycan mətbuatı üçün çox önəmli illərdən biri oldu”.

Bunu Metbuat.az-a 2017-ci ilin yekunları ilə bağlı açıqlamasında "Səs" qəzetinin baş redaktoru, Səs Media Qrupunun təsiscisi və rəhbəri Bəhruz Quliyev bildirib.

Onun sözlərinə görə, 2017 tarixə qızıl hərflərlə yazıla biləcək illərdən biri oldu:

“Bu il də mətbuat dövlət quruculuq proesində yaxından iştirak etdi. Azərbaycan mətbuatı görülən işlərin hər birinin yaxından iştirakçısı oldu. Beynəlxalq səviyyədə Azərbaycanın tanınmasında, böyük işlərin görülməsində dövlətin yaxından dəstəkçisi oldu. Eyni zamanda, həmrəylik ilində kütləvi şəkildə tədbirlər keçirildi. İslam Həmrəylik Oyunları buna nümunədir. Ölkəmiz böyük forumlara, beynəlxalq konfranslara ev sahibliyi etdi, Əsrin Müqaviləsi yeniləndi. Azərbaycan mətbuatı burada öz missiyasını yerinə yetirdi.

Eyni zamanda, mətbuatın özü üçün də maraqlı il oldu. Jurnalistlərin mənzil şəratinin yaxşılaşdırılması üçün Cənab Prezidentin Sərancamı ilə tikilən binadan onlara məzillər verildi. Siyasi mənsubiyyətlərinə baxmayaraq, məhz peşəkar jurnalistika ilə məşğul olan jurnalistlərə evlərin verilməsi dünyada analoqu olmayan hallardandır. Jurnalistlərin mənzillərlə təmin olunması 2017-ci ilin tarixinə yazılan hadisə oldu. Həmin binadan redaksiyamızda çalışan 5 jurnalistə ev verilməsi bizim üçün önəmli hadisələrdən biri oldu. Ümumiyyətlə, 2017-ci il Azərbaycan mətbuatı üçün yaddaqalan il kimi tarixə düşdü”.


Xəbər lenti