Türkiyənin İstanbul şəhərində qanuni oğru "Rəşad Gəncinski" kimi tanınan avtoritet Rəşad İsmayılov bıçaqlanıb.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, hadisə "Lotu Quli" kimi tanınan azərbaycanlı avtoritet Nadir Səlifovun evində baş verib. Yemək masası arxasında İlham Hacıyev adlı avtoritetlə mübahisə edən Rəşad İsmayılov bıçaq yarası alıb. Bu hadisədən sonra "Lotu Quli" hər iki tərəfi sakitləşdirib.
Məlumata görə, "Rəşad Gəncinski" İlham Hacıyevin ünvanına nalayiq söz deyib. Bundan sonra, İ.Hacıyev bıçağa əl atıb. Xatırladaq ki, İlham Hacıyev qanuni oğru adı almayıb. Verilən məlumata görə, yaxın günlərdə onun "Lotu Quli" tərəfindən taclandırılacağı gözlənilir. Onu da xatırladaq ki, "Rəşad Gəncinski" Abxaziyanın Suximi şəhərində də bıçaqlanmışdı.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub