Yeni il bir sıra ailələr üçün ikiqat sevincə səbəb olub. Bu sevincin mənbəyi 2018-ci ilin ilk saatlarında dünyaya gözlərini açan körpələrdir.
Onlar 2018-ci ilin dünya göz açan ilk körpələridir. Valideynlərinin sevincinin isə həddi hüdudu yoxdur.
İlk gününü yaşadığımız yeni ildə Azərbaycanın ilk körpəsi Goranboy Mərkəzi Xəstəxanasında dünyaya göz açıb. Təqvim ili yenilənən kimi Goranboyda 2 ailəninin bayramı-bayrama qarışıb. Doğulan uşaqlardan biri qız, digəri isə oğlandır.
Yeni ilin ilk saatlarında Bərdədə də 4 oğlan uşağı doğulub. Rayon sakinləri Həmidli Elnarə, Orucova Gülşən, Xudayeva Aysel və Mustafayev Şəbnəm Rayon Mərkəzi Xəstəxanasında oğlan uşaqları dünyaya gətirib.
Doğulan uşaqlarin çəkisi 3 kq -dan artıqdır. Xəstəxanadan ana və uşaqların vəziyyətinin normal olduğunu bildiriblər.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub