13 yaşı var, amma müxtəlif avtomobillərin dizaynını hazırlayır.
Mynews.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan Hümbət Kərimlidən gedir.
299 saylı tam orta məktəbin 8-ci sinif şagirdi olan Hümbət uşaq yaşlarından başlayaraq rəsm çəkməyə maraq göstərib.
Sonradan isə Fikrət Əmirov adına 6 saylı onbirillik uşaq incəsənət məktəbinin rəsm dərnəyinə yazılıb. Hümbət Kərimli bundan sonra biliklərini daha da möhkəmləndirib və xarici ölkə istehsalı olan avtomobillərin dizaynını hazırlmağa başlayıb.
Hümbət rəsmləri həm karandaşla, həm də yağlı boya ilə çəkir. Rəsmləri ilə bir neçə sərgidə mükafat da qazanıb.
Hümbət Kərimli avtomobil dizynı üzrə ali təhsil almaq niyyətindədir. Lakin avtomobillərlə yanaşı digər şəkilləri də çəkməyə davam edəcəyini bildirir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub