Türkiyənin Şanlıurfa rayonunda tarixi qalada doğum günü selfisi çəkmək istəyən şəxsin yıxılma anı təhlükəsizlik kamerasına düşüb.
Mynews.az Haberler-ə istinadən xəbər verir ki, doğum günündə dostları ilə birlikdə tarixi Şanlıurfa qalasında çıxıb selfi çəkmək istəyərkən yıxılaraq həyatını itirən Halil Dağın faciəvi ölümünün görüntüləri ortaya çıxıb.
Faciəvi olay 2018-ci ilin ilk günündə qeydə alınıb. Şanlıurfadakı telefon dükanı işlədən 38 yaşlı Halil Dağ doğum günündə qonaqları ilə birlikdə tarixi qalaya çıxıb. Dostları ilə birlikdə qalanı gəzən Halil Dağ, iddiaya görə, doğum günü selfisi çəkmək üçün uçurumun kənarındakı bir qayanın üstünə çıxıb.
Fonda Balıklıgölün mənzərəsini götürməyə çalışan Dağ müqavimətini itirərək təxminən 20 metr hündürlükdən yıxılıb. Ağır yaralanan 8 uşaq atasını təcili yardımla xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub