Sosial şəbəkələrdə “Bu şəhərdə”nin Lənkəranda baş tutan konsert proqramı üçün məktəblərə məcburi bilet satılması ilə bağlı paylaşımlar yer alıb.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, paylaşımları məktəbdə çalışan bir neçə müəllim edib. Onların sözlərinə görə, dünən və bu gün baş tutacaq konsert biletlərinin qiyməti 40 manatdır və məktəblərin bəzisinə 2, bəzisinə 6 bilet verilib.
Biletlərin məktəblərdə məcburi paylanılması ilə bağlı xəbəri “Bu şəhərdə” komandasının üzvü, ssenarist Müşviq Abbasov təkzib edib. O, sosial şəbəkədə bu barədə ironik post paylaşıb:
“Dostlar, bəzi səviyyəsizlər sosial şəbəkələrdə yayırlar ki, Londonun icra başçısı Sadik Aman Xanın göstərişi ilə bizim oradakı konsertimizin biletləri məcburi müəllimlərə satılıb”.
Qeyd edək ki, analoji hal “Bu şəhərdə” ilə bağlı olmasa da, başqa sənətçilərin konsert proqramlarında dəfələrlə təkrarlanıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub