"DəmirBank" ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına başlanılır.
Mynews.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ADİF) məlumat verilib.
Məlumata görə, Azərbaycan Respublikası Bakı Apellyasiya məhkəməsi tərəfindən "DəmirBank" ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 2017-ci il 27 dekabr tarixli qərar qəbul edilib. Eyni qərarla "DəmirBank" ASC-yə Əmanətlərin Sığortalanması Fondu 2017-ci il 27 dekabr tarixindən ləğvedici təyin edilib.
Azərbaycan Respublikası "Banklar haqqında" Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
kreditorun adı və ünvanı;
tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Kreditorlardan xahiş olunur ki, bu elanın dərc edildiyi gündən 60 (altmış) gün ərzində "DəmirBank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun aşağıdakı ünvanlarına müraciət etsinlər:
Bakı şəhəri, Bülbül prospekti, 40, 4-cü mərtəbə, AZ1014.
Bakı şəhəri, Babək prospekti, 16, AZ1025.
Əlavə məlumatlar üçün əlaqə nömrələri (+99412) 447-77-44; 596-65-91.
Qaynar xətt - 941.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub