Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

15 yaşlı Ümidə ətək geyindirib qarşılarında oynatdılar, zorladılar - TÜKÜRPƏDƏN TƏCAVÜZ HADİSƏLƏRİ

Dünya bu təcavüz xəbərləri ilə silkələnib.

Mynews.az olaraq həm Azərbaycanda, həm də ölkəmizdən kənarda baş verən, gündəmi zəbt edən, qandonduran təcavüz hadisələrini təqdim edirik:

7 tələbə səfərdən hamilə olaraq döndü.

Bosniya və Herseqovinada dəhşətli hadisə baş verib.
5 günlük turla gəzməyə gedən 7 tələbə səfərdən hamilə olaraq döndülər. Baş vermiş hadisə ölkə gündəmini zəbt etdi.Yaşanan bu hadisədən sonra Bosniya və Herseqovinada getdikcə artan erkən yaşda cinsi əlaqə problemi müzakirəyə çıxarıldı.

Həkimlər erkən yaşda hamilə qalmağın həm ana üçün həmdə yeni doğulmuş körpənin həyatı üçün təhlükəli olduğunu bildiriblər. 

41 yaşlı kişi qızını iyunun 7-də təcavüz edib. 

Qız isə bu barədə anasına xəbər verib.“Səfərov”un arvadı məsələdən xəbərdar olan kimi dərhal polisi məlumatlandırıb. 
Ata isə polisə verildiyini eşidən kimi qaçıb. 

Abşeron Rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər: “Bu barədə qızın anasının ərizəsi var. Ərizədə bildirilib ki, qızını zorlayan şəxs həmin ərəfədə Sumqayıtda bağ evində yaşayırmış. O iyunun 7-də Xırdalandakı evinə gəlib və bu cinayəti törədib. Həmin vaxt qızı evdə tək olub. Ərizə şöbəyə daxil olandan sonra qızına təcavüz etdiyi bildirilən şəxsin axtarışına başlanılıb. Məlum olub ki, o, həyat yoldaşının polisə müraciət etdiyini bilib və buna görə də edən qaçıb. Hazırda onun tapılması üçün axtarış tədbirləri görülür”./aznews.az/

Türkiyənin Antalya şəhərində keçmiş sevgilisinin rəfiqəsi G.C-yə təcavüz edən Suat adlı şəxs məhkəmə qarşısına çıxarılıb.

Şübhəli ilk ifadəsinə günahkar olmadığını qızın təhrikiylə cinsi əlaqəyə girdiklərini iddia edib.
Bildirilir ki, türkiyəli gənc qızı işə düzəltmək adıyla yanına çağırıb. Tərəflər daha sonra içki qəbul edib. Ardınca isə onlar arasında əlaqə yaranıb./sonxeber.az/

Sürücüsü ağır yol qəzasında həyatını itirən 16 yaşlı qızın cəsədinə təcavüz edib

Türkiyədə yayımlanan "Söylemezsem Olmaz" televiziya proqramında müzakirə edilən mövzu ölkəni bir-birinə qatıb.

İddiaya görə, cənazə avtomobilinin sürücüsü ağır yol qəzasında həyatını itirən 16 yaşlı qızın cəsədinə təcavüz edib.

İddianı müzakirə edən qonaqlar əsəblərini cilovlaya bilməyib. "Ölümüzü belə heç kimə əmanət edə bilməyəcəyik?!" deyə isyan edən aparıcı Bircan İpək iddiaların təsdiqini tapmasa belə, mövzunun ölkədə müzakirə edilməsini qəbul edə bilmədiyini deyib.

İddiaların nə dərəcədə həqiqəti əks etdirdiyi araşdırılır./publika.az/

Hərbi xidmətdən gələn Ələsgər Məmmədov 4 yaşlı qızın başını aldadaraq...

Naxçıvanda azyaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Ələsgər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə bu il iyulun 30-da axşam saatlarında baş verib.

Hadisədən bir neçə gün əvvəl hərbi xidmətdən gələn Ələsgər Məmmədov Culfa rayonunda toy məclisində iştirak edib. O, toyda 4 yaşlı qızın başını aldadaraq deyib ki, səni nənənin yanına aparacam. Oğlan həmin vaxt içkili olub. Azyaşlını dəmiryolunun kənarına apararaq zorlayıb.
Səs eşidən bir nəfər hadisə yerinə yaxınlaşıb və dərhal polisə məlumat verib. 4 yaşlı qız həkimə aparılıb. Azyaşlı həyatını itirib.

Onun barəsində olan cinayət işi Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Hüseyn Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmənin hökmü ilə Ələsgər Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib./teleqraf.com/

5 gün ərzində 20 kişiyə pul qarşılığında satılıb

İngiltərədə yaşları təxminən 20-21 arasında dəyişən 3 şübhəli qaçırdıqları 14 yaşlı qızı 5 gün ərzində 20 kişiyə pul qarşılığında satıb.

Qızlarından xəbər ala bilməyən ailə polisə xəbər verib. İstintaqa başlayan polis əməkdaşları fahişəliyi təbliğ edən saytda yetkinlik yaşına çatmayan həmin qızın şəkillərini görüb. Qaçırıldığı və gizlədildiyi evə basqın edən polislər qızı hamamın pəncərəsindən qaçırılarkən son anda xilas edib.

Hadisə yerində axtarış aparan polislər 14 yaşlı qızın 5 gün saxlanıldığı otaqda 20 kişi tərəfindən zorlandığını üzə çıxarıb.

15 yaşlı Ümidə ətək geyindirib qarşılarında oynatdılar, zorladılar - TÜKÜRPƏDƏN TƏCAVÜZ HADİSƏLƏRİ
Donuzdan hamilə qaldığını iddia etdi
Amerikanın Texas ştatında yaşayan Angie Houston, donuzun özünə təcavüz etdiyini, hətta ondan hamilə qaldığını deyib.
O, gecə golf oyunundan evinə dönərkən 'Pete' adlı donuz tərəfindən təcavüzə uğradığını söyləyib.

“İnsanlar havalandığımı və psixoloji müalicə almağımı düşünür, lakin mən belə düşünmürəm" deyən qadın donuzun necə təcavüz etdiyini belə izah edir.

İllərdir donuzun özünə təcavüz etmək istədiyini ifadə edən qadın ''O gecə üzərimdə alt paltarım yox idi , bu ona asan gəldi'' şərhini verib. Uşağının nəyə bənzədiyini bilmək istəyən qadın ifadə edən maraqlı qadın doğulacaq körpənin yolunu səbirsizliklə gözləyir.

Bu gün Badamdar qəsəbə sakini Ləman Hüseynova (ad şərtidir) 9 yaşlı qızına təcavüz olunması iddiası ilə polisə müraciət edib.

Qadın hadisənin iyulun 17-də yaşadığı evdə baş verdiyini bildirib. 

Belə ki, bacısının əri Naxçıvanın Babək rayonunun sakini 1983-cü il təvəllüdlü Aydın Əli oğlu Murad (ad şərtidir) 2008-ci il təvəllüdlü qızı Ayselə (ad şərtidir) təcavüz edib. 

Azyaşlı tibbi ekspertizaya göndərilib.

15 yaşlı Ümidə ətək geyindirib qarşılarında oynatdılar, zorladılar - TÜKÜRPƏDƏN TƏCAVÜZ HADİSƏLƏRİ
15 yaşlı Ümidə ətək geyindirib qarşılarında oynatdılar, zorladılar - TÜKÜRPƏDƏN TƏCAVÜZ HADİSƏLƏRİ

Qız kimi geyinmiş oğlanlara 2 dollar qarşılığında təcavüz edirlər

Əfqanıstanın şimalında yaşayan bir oğlan uşağı başına gətirilənlər barədə BBC-i müxbirinə danışıb. Əsl adı gizli saxlanılan 15 yaşlı bu uşaq şərti olaraq Ümid adıyla təqdim edilib. Ümid anasının işsiz olduğunu, iki balaca qardaşının olduğunu deyib. Ümid məcburiyyət qarşısında qalaraq qonaqlıqlarda oynadığını bildirib. Dəvətlərə çağırılanda qadın paltarı geyinərək oynayır, bunun qarşılığında ona 1-2 dollar verirlər. Ümid xüsusi dəvətlərdə oynamağa 10 yaşında, atası öləndən sonra başlayıb. Bəzən gecələr ac qarına yatdıqlarına görə, gündəlik iki dollar qazancı belə qənimət hesab ediblər. Ümid qonaqlıqlardakı adamların onunla cinsi əlaqəyə girdiklərini deyib. Buna baxmayaraq o, polisə və ya başqa bir orqana bu barədə heç nə deməyib. Ümid onu istismar edənlərin zəngin adamlar, əsasən də iş adamları olduğunu bildirib. 

Riyaziyyat müəllimi olan 40 yaşlı qadın 14 yaşlı qız şagirdinə cinsi təcavüz edib.

Hadisə Türkiyənin paytaxtı Ankarada baş verib. Hadisəni qızın anası aşkarlayıb. O, qızının telefonuna baxarkən müəllimin çılpaq fotolarını və videogörüntülərini görüb. Bundan sonra qadını şikayəti ilə əlaqədar məsələ araşdırılıb və dəhşətli həqiqət ortaya çıxıb.

Prokurorluq orqanlarında aparılan araşdırma göstərib ki, qadın müəllim qız şagirdi ilə əlaqədə olub. Ancaq şagird müəllimi ilə "səmimi bir əlaqədə" olduğunu, onun evində qaldığını bildirərək, şikayətçi olmadığını deyib.

Zərərçəkənin yaşı 15-dən az olduğuna görə prokurorluq araşdırmanı davam etdirib. Qadın müəllim H.K.Y. isə təcavüz olayı aşkara çıxdıqdan sonra intihara cəhd edib. O, ifadəsində şagirdlə aralarında cinsi alaqə olduğunu inkar edib: "Video və fotolarımı göndərməmi o özü istədi. Niyə göndərdiyimi bilmirəm, amma heç bir cinsi münasibət olmayıb".

Ancaq prokurorluğun hazırladığı ittihamnamədə müəllimənin 14 yaşlı qız şagirdini bərabər getdikləri ticarət mərkəzini ayaqyolunda və hətta maşının işində cinsi istismara məriz qoyduğu üzə çıxıb. Müəllimin 45 il həbsi tələb olunur./cebheinfo/

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...