Bu barədə xəstəxananın baş həkimi Fikrət Zeynalov“Ölkə.Az”a açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda yaralılardan 2 nəfərin vəziyyəti kafidir və onlar yaxın saatlarda evə buraxılacaqlar.
“Ümumilikdə xəstəxanaya 12 nəfər daxil olmuşdu. Onlardan 2-si uşaq idi. Uşaqlar da daxil olmaqla 8 nəfərə yardım göstərildi və onlar evə buraxıldılar. Mən hazırda xəstəxanadayam. 4 yaralının vəziyyətilə bağlı şəxsən özüm maraqlanıram. Yaralılardan 2 nəfərin vəziyyəti nisbətən ağırdır. Lakin onların da həyatları üçün heç bir təhlükə yoxdur. Digər 2 nəfər isə evə buraxılacaq”, - deyə Fikrət Zeynalov bildirib.
Baş həkimin sözlərinə görə, hazırda xəstəxanada qalan yaralılardan ikisi qadın, ikisi kişidir.
Qeyd edək ki, bu gün Bakının Zığ şosesində 175 nömrəli marşrut üzrə hərəkət edən avtobus dərəyə aşıb. Nəticədə avtobusda olan sərnişinlərdən 25 nəfər yaralanıb. Yaralılardan 12 nəfərin vəziyyəti ağır olduğu üçün onlar 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub