Müğənni-aparıcı Murad Arif diqqətləri aparıcılığını etdiyi "Status" verlişində şou-biznes əhlinin 2017-ci ildə gördüyü işlərə yönəldib.
Mövzusu "Ötən il şou-biznes nə ilə yadda qaldı?" olan verilişdə aparıcı "ilin qadın müğənnisi", "ilin kişi müğənnisi" nominasiyaları üzrə məşhurların adına aydınlıq gətirmək üçün bir neçə tanınmış şou yazarının köməyindən istifadə edib.
Verilişdə sözügedən nominasiyalar üzrə müzakirələrin aparıldığı zaman neytrallığı ilə diqqət çəkən Murad Arif bəlkə özü də istəmədən mövqeyini ortaya qoyub:
"Azərbaycanda şou sektorunda qadınlar elə bil ki, üzr istəyirəm ifadəmə görə, daha fərasətlidir. Yəqin ki, digər səbəblər var. Bu, ayrı bir mövzudur. İlin qadın müğənnisi nominasiyasına Şəbnəm Tovuzlu və Damlanı qeyd etmədim. Çünki beynimdə estrada tutdum".
:sonxeber.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub