Kazan Federal Universitetinin alimləri ana bətnində olan uşaqların nə üçün təpik atdıqlarını, kəskin hərəkətlər etdiklərini Fransanın "Inserm" şirkətindən olan həmkarları ilə birlikdə aydınlaşdırıblar.
Mynews.az azərtac-a istinadən bildirir ki, görünür, bu, uşağın onurğa beynində sinir hüceyrələri arasında neyron əlaqələri formalaşdırmaq üçün lazımdır. Alimlər eksperiment apararaq yenicə doğulmuş siçovul balalarını müşahidə ediblər. Məlum olub ki, siçovul balaları dünyaya göz açdıqları ilk həftə ərzində qeyri-iradi dartınır. Tədqiqatçılar hesab edirlər ki, ətraflar üçün sensomotor sinxronlaşdırma bu şəkildə formalaşır. Eyni proseslər insanda da baş verir, amma daha erkən mərhələdə - ana bətnində.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub