Ölkənin qabaqcıl qida sənayəsinə sahib olan "Azərsun Holding” marketlər şəbəkəsini genişləndirir.
Mynews.az azxeber.com-a istinadən əldə etdiyi məlumata görə, şirkət xüsusən də bölgələrdə çoxlu sayda filiala sahib olan "Makromart” mağazalar şəbəkəsini satın alaraq öz şəbəkəsinə birləşdirib.
Artıq hər iki şirkət arasında alqı-satqı müqaviləsi imzalanıb. Sözügedən marketlər şəbəkəsinin "Bazar Store” brendi adı altında, yoxsa "Makromart” kimi fəaliyyət göstərəcəyi isə hələlik məlum deyil.
Digər bir məlumata görə şirkətin həm bölgələrdə, həm də paytaxt Bakıda fəaliyyət göstərən digər iki böyük marketlər şəbəkəsini də alacağı bildirilir. Bu iki market şəbəkəsinin də kifayət qədər filialları mövcuddur. Hazırda sözügedən iki market şəbəkəsi ilə danışıqlar davam etməkdədir.
Qeyd edək ki, ötən aylarda "Araz” marketlər şəbəkəsinə sahib olan "Veysəloğlu” şirkəti də "Favorit” marketlər şəbəkəsini satın almışdı.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub