Vergilər Məcəlləsinə edilən və 1 yanvar 2017-ci ildən qüvvəyə minən dəyişikliklər - vergi qanunvericiliyini pozmaqla bağlı maliyyə sanksiyalarının tətbiqi - vergi ödəyicilərinin vergi məlumatlarını vaxtında verməməsi ilə əlaqədar deyil.
Mynews.az xəbər verir ki, bunu Sputnik Az'rbaycan-a Vergilər Nazirliyindən (VN) bildiriblər.
Oxucuların redaksiyamıza etdikləri müraciətlərə cavab olaraq VN-dən bildiriblər ki, Vergilər Nazirliyinin saytından vergi ödəyicilərinə daxil olan virtual məlumatlara, həmçinin bu məlumatların oxunmaması ilə bağlı SMS-lərə 10 iş günü ərzində reaksiya verməyən vergi ödəyicilərinə 100 manat məbləğində cərimə tətbiq ediləcək.
O da məlum olub ki, Nazirlər Kabinetinin bu dəyişikliyi maliyyə sənədlərinin, mühasibat kitablarının, nağd vəsaitlərin, hesabatların, smetaların, qiymətli kağızların və digərlərinin yoxlamaları zamanı tələb olunan məlumatları gec təqdim edən və ya qəsdən təhrif edən vergi ödəyiciləri ilə bağlıdır.
VN-in SMS məlumatları ilə bağlı bildirilir ki, onlar fəaliyyətdə olan proqramların köməyi ilə avtomatik olaraq vergi qanunvericiliyindəki və digər normativ sənədlərdəki dəyişikliklərlə bağlı vergi ödəyicilərini məlumatlandırırlar.
“Sözügedən məlumatlar vergi ödəyiciləri üçün vacib olanları onlara xatırlatmaq məqsədilə göndərilir”, - deyə VN-in maliyyə şöbəsindən bildiriblər.
Qeyd edək ki, Vergilər Nazirliyinin məlumatına görə, 2016-cı ildə vergi ödəyicilərini məlumatlandırmaq üçün 1,737 milyon SMS göndərilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub