Masallıda qeyri-adi qartal tutulub.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, rayonun Xırmandalı kənd sakini Anar Qurbanov itmiş atını axtarmağa gedərkən özlərinə məxsus otlaq sahəsində qartalla rastlaşıb.
Qartal qanadından yaralı olduğundan uça bilmirmiş. A. Qurbanov quşu evinə aparıb. Kənd sakini üç gün əvvəl tutduğu yırtıcı qartalı ətlə qidalandırır. Eyni zamanda quşu müalicə etdirə də bilmədiyindən aidiyyəti qurumlardan qartalı ondan təhvil almasını istəyir.
Masallının Xırmandalı kəndi dağlıq ərazi olmadığından burada qartala nadir hallarda rast gəlinir.
Qeyd edək ki, qızılquşlar fəsiləsinə aid olan qartalın dünyada 290, Azərbaycanda isə 36 növü var.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub