“Azərbaycana dondurulmuş qoyun əti gətirilmir. Mal əti isə əsasən, Ukrayna, Rusiya və Moldovadan idxal olunur”.
Mynews.az xəbər verir ki, bu haqda Modem.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.
O qeyd edib ki, Azərbaycana Hindistandan dondurulmuş camış əti gətirilmir:
“Ötən il ərzində çox az miqdarda ət gətirilib. Bu il isə ümumiyyətlə, Hindistandan Azərbaycana dondurulmuş camış əti idxal olunmayıb”.
Y.Xanvəlinin sözlərinə görə, idxal edilən ətlərin standartlara cavab verməsi tam olaraq yoxlanılır:
“Gömrük açılışı zamanı Respublika Baytarlıq İdarəsinin əməkdaşları həmin ətlərdən nümunələr götürüblər. Götürülmüş nümunələr 17 istiqamətdə yoxlanılıb. Ətlərin tələblərə uyğun olduğu müəyyənləşib”.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub