Bakı metrosunda intihar edən şəxsin kimliyi məlum olub. “Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev“Ölkə.Az”a açıqlamasında bildirib ki, ölən şəxs 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Rəşad Əlixan oğlu Mustafazadədir.
***22:57***
Bu barədə “Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev“Ölkə.Az”a açıqlamasında bildirib. Onun sözlərinə görə, hadisə “Ulduz” metro stansiyasında olub. Sərnişinlərdən biri özünü qatar reslərinin üzərinə ataraq intihar edib.
“Bu gün saat 22:10-da “Həzi Aslanov”-“İçərişəhər” stansiyası istiqamətində hərəkət edən 15 saylı marşrut qatarı “Ulduz” stansiyasında platformaya daxil olarkən bir nəfər cavan oğlan özünü qatarın altına atıb. O, hadisə yerində ölüb. Onun cəsədi çıxarılıb”, - N.Paşayev bildirib.
N.Paşayev əlavə edib ki, hadisə nəticəsində qatarların hərəkətində 20 dəqiqə fasilə yaranıb. Meyit çıxarıldıqdan sonra qatarların hərəkətləri bərpa olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub