Yanvarın 8-i axşam saatlarında Dənizkənarı Milli Park ərazisində özünü dənizə atan şəxsin gənc şair Məlik Cahanolduğu bildirilib.
Mynews.az kult.az-a istinadən xəbər verir ki, o, intihardan əvvəl sosial şəbəkədə son şeirini və dəniz fotosunu paylaşıb.
Məlik Cahanın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Qeyd edək ki, Məlik Cahangirov 1995-ci il fevralın 10-da Lerik rayonunda anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinin tələbəsi idi.
Məlik Cahanın son şeirini təqdim edirik:
Qorxunun əcələ faydası yoxdur,
bir gün ruh tərk edir bədəni,
azad olur bir bədənlik əsarətdən.
Ölüm son deyil,başlanğıcdır,
Bir az sevgidən ibarətdir,
Bir az da cəsarətdən.
Gedəndə tək getmirsən,
savabların yoldaşdı,
günahların yoldaşdı.
Bundan sonra bayramlar
il dönümü olacaq.
xeyrlə şər qardaşdı.
Həftələr aya dönür,
aylar gəlib il olur.
İllər də yarpaq kimi
tək-tək təqvimdən düşür.
Öyrəşir...Hamı öyrəşir..
Bir gün ruh tərk edir səni,
qalxır,göylərə üz tutur.
Zamanla yadırğayırlar
səsini də , sözünü də.
Sonra..
Bir gün sənin özünü də
unudur..
Hamı unudur...
Bir gün ruh tərk edir səni,
ruh səni,sən də hər kəsi.
Yaxınlıqdakı məsciddən
eşidilir azan səsi...
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub