"Fotoşop deyil, 35 kiloqram arıqlamışam. 150-dən çox idim, 140-a düşüb. Səhhətimdə problem yox idi, amma gələcəkdə problem yarana bilərdi”
Mynews.az azxeber.com-a istinadən xəbər verir ki, bu sözləri Aşıq Əli Tapdıqoğlu ARB TV-ni "Günə Son” proqramında arıqladıqdan sonra paylaşdığı şəkillə bağlı açıqlama verərkən deyib.
Aşıq bildirib ki, arıqlamaq üçün heç bir əməliyyat keçirtməyib.
"Bir az yeməkləri və qazlı suyu azaltdım. Artıq 15-20 kiloqramım qalıb. Məni eşidənlərə demək istəyirəm ki, arıqlayanda belə həkimə getmirəm. Deyirlər ki, əməliyyat elətdirib. Mən onu xoşlayan bir insan deyiləm. Həkimlər mənə təmənnasız etmək istəyiblər. Ancaq ehtiyac yoxdur. Sadəcə yaxşı ətraf oldu və yeməkləri azaltdım”.
Aşıq Əli "İnstagram”da yazılan şərhlərə baxmağa vaxtının olmadığını, dostu Aşıq Vüqarın vəziyyəti ağır olduğu üçün onun yanında olduğunu bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub