Dənizdən çıxarılan meyit intihar etdiyi deyilən Məlik Cahangirovun deyil.
Mynews.az xəbər verir ki, bu barədə Teleqraf.com-a açıqlamasında Məlikin bibisi oğlu Xəyal Kərimov deyib.
Onun sözlərinə görə, axtarışlar hələ də davam edir:
"Dünən gecədən axtarırlar. Məlikin ailə üzvləri, qohumları da burdadırlar. Hələ də ümidimiz var ki, intihar etməyib, sağdır, özünü dənizə atsa da, başqa yerdən sağ-salamat çıxıb, harasa gedib. Gözləyirik”.
Qeyd edək ki, Məlik Cahan kimi tanınan gənc şair Məlik Cahangirovun intihar etdiyi deyilir.
Bu gün dənizdən tapılan kişi meyitinin gənc şairə məxsus olması haqda mediada xəbər verilmişdi.
***
Məlik Cahangirov təhsil haqqını vaxtında ödəmədiyi üçün oxuduğu universitetdən qovulmaq təhlükəsi ilə üzləşibmiş.
Mynews.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında bulvarda özünü dənizə ataraq intihar etmiş Məlik Cahangirovun bibisi oğlu Xəyal Kərimov deyib.
Onun sözlərinə görə, Məlik valideynlərinin təhsil haqqı üçün ona verdiyi 600 manatı xərcləyib: "Bu səbəbdən təhsil haqqını ödəyə bilməyib. İlkin versiya kimi intihara bu səbəb ola bilər. Pulun nəyə xərcləndiyi bəlli deyil”.
Məlik Cahangirov Azərbaycan Dövlət Pedaqoji Universiteti coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırdı. O, ötən gün axşam saatlarında bulvarda özünü dənizə atıb.
Mərhum Məlik Cahan imzası ilə şeirlər yazıb.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub