Dünən axşam saatlarında metroda intihar hadisəsi baş verib. Belə ki, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Mustafazadə Rəşad Əlixan oğlu "Ulduz" stansiyasına daxil olarkən özünü qatarın altına atıb.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, hələ ki, intiharının səbəbi bilinməyən gənc hər zaman sosial aktivliyi ilə seçilib. Bir neçə xarici dil bilən Rəşad "Glamour Center MMC" tur şirkətinin direktorudur. O, hətta bir neçə gün öncə Qəbələyə tur təşkil edib.
Sosial şəbəkələrdə də aktiv olan gənc yeni ildə pozitiv paylaşımlar edib və "həyat gözəldir" deyə çağırış edib.
Bundan başqa, bir çox dövlət tədbirlərində, toylarda ifa edən Mustafayev həm də müğənni kimi fəaliyyət göstərib. Bu yaxınlarda isə skripka dərsləri almağa başlamışdı.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub