USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Bakıdakı bu yol nişanları mübahisəyə səbəb oldu Cərimələnən sürücülər narazıdır-FOTOLAR

20:16 09.01.2018
Bakıdakı bu yol nişanları mübahisəyə səbəb oldu Cərimələnən sürücülər narazıdır-FOTOLAR
20:16 09.01.2018

“Dayanmaq qadağandır” işarəsini görmədiyi üçün 20 AZN cərimələndi.

Paytaxtın Nəsimi rayonu Süleyman Rüstəm küçəsində nəqliyyat vasitələrinin dayanmasını qadağan edən işarə “piyada keçidi” işarəsinin arxa hissəsində yerləşdiyi üçün sürücülər bunu görmürlər. Xalid Ələmdar oğlu Ələkbərli bu işarəni görmədiyi üçün 1 yanvar tarixində 20 AZN cərimələnib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, nişanlar arasındakı məsafə 20 metrdən az olmamalıdır:

“Nişanların bir-birinin ardında qoyulmasına qətiyyən yol verilə bilməz. Qanunvericilikdə tələb var ki, nişanların arasındakı məsafə 20 metrdən az olmamalıdır. Bir-birinə yaxın olan nişanları isə bir dirəyə qoymaq lazımdır. Cərimələnən vətəndaş bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etməlidir”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, tərtib olunan protokol qanunun tələblərinə uyğundur:

“Şəkildə nişan görülür. Orada nişana mane olan qarşıdakı nişanın turbasıdır. Bu da 10 metr məsafədən görsənməyə bilər. Amma yaxınlaşdıqca nişan aydın görülür. Sürücü bunu bəhanə etməsin. Nişanlarla bağlı ziddiyəti olan sürücü idarəmizə müraciət edə bilər. Müraciət etməsə belə, məlumat versin ki, həmin yerlə bağlı Hərəkətin Təşkili Şöbəsinin əməkdaşları aiddiyyatı tədbiri həyata keçirsinlər”.

 


Xəbər lenti