Xəbər verdiyimiz kimi, dünən "Ulduz" metrosunda intihar hadisəsi yaşanıb.
22 yaşlı Mustafazadә Rәşad Elixan oğlu özünü qatarın altına ataraq öldürüb.
O, 1995-ci işdә Gәncәdә anadan olub. Rәşad Mustafazadә ictimai fəal gənc olaraq Gəncə şəhərində təşkil olunan bir çox layihələrin aktiv iştirakçılardan biri kimi tanınırdı. Rəşad son vaxtlar turizm sahəsində çalışırmış, onun bu gün Qəbələyə turu nəzərdə tutulurdu.
Mərhumun intiharı ilə bağlı bəzi təfərrüat məlum olub. Dostlarının dediyinə görə, Rəşadın metroya xüsusi marağı və sevgisi olub. O xaricə gedəndə ilk işi metroda şəkil çəkdirmək olub.
Rəşad həmçinin 2 ay öncə Gürcüstanda metrosunda foto paylaşıb və yazıb: "Mənim metronu sevirəm, metrolar mənim ən böyük sevgimdir".
Bundan başqa o Rusiya və Avropa şəhərlərində olanda da metro ilə bağlı təəsüratlarını paylaşıb və xüsusi sevgisindən bəhs edib. Rəşad məhz metroda intihar etməsi də təsadüfi deyil. Maraqlıdır ki, o intihar üçün sərnişinlərin az olduğu "Ulduz" stansiyasını seçib.
Xatırladaq ki, ötən gün metronun "Ulduz” stansiyasında Rәşad Mustafazadә özünü qatarın altına atıb. 15 saylı qatar gәncin üstündәn keçәrәk, onu iki yerә bölüb.
azxeber.com





1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub