Dünən "5/5" verilişinin qonaqlarından biri Qədir Qızılsəs olub.
Aparıcı Zaur "Bu gün elə bir sənətkarı dəvət etmişəm ki, 2 ildir efirlərdə yoxdur" dediyi müğənni Qədir Qızılsəsi studiaya dəvət edib.
Milli.Az xəbər verir ki, aparıcı çoxdandır efirlərdə görünməyən müğənnidən bunun səbəbini soruşub.
Zaurun "İki ildir niyə efirlərdə yoxsunuz? Səbəb nədir?" sualına Qədir Qızılsəsin cavabını təqdim edirik:
"Mən efirlərə çoxdandır çıxmıram. Çünki səmimiyyət görmürəm. Bəzi aparıcılar qalmaqal edir. Mən musiqi ilə sənətə gəlmişəm. Yəni qalmaqal mənlik deyil də. Ona görə də o verilişlərdə özümü görmürəm. 2 il idi ki, yox idim. Bundan sonra ancaq sənin verilişinə çıxacam".
Maraq üçün bildirək ki, Qədir Qızılsəs 6 ay öncə - 04.07.2017 tarixində digər telekanalda İlahə Nizamiqızının təqdimatında yayımlanan "100-dən 1-i" verilişində qonaq idi.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub