Aqşin Abdullayevin dəfnində böyük izdiham yaşanır
4 gün əvvəl, fevralın 24-dən 25-ə keçən gecə cəbhə xəttində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbçimiz, kəşfiyyat bölüm komandiri Aqşin İsmayıl oğlu Abullayevin nəşi doğulduğu Şəki rayonunun Kiş kəndinə gətirilib. Vida mərasimindən sonra şəhidin nəşi Kiş kəndində torpağa tapşırılacaq.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının məzunu olan zabit Aqşin Abdullayev 17 il hərbdə olub. Ailəli olan 35 yaşlı hərbçimizin 3 uşağı var.
İstiPress-in Şəki bürosunun məlumatına görə, vida mərasimində böyük izdiham yaşanır. Mərasimdə Müdafiə Nazirliyinin məsul şəxsləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları iştirak edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub