İsmayıllı rayonunda 12 yaşlı oğlana təcavüz etməkdə təqsirli bilinən 3 uşaq atası olan 1966-cı il təvəllüdlü Mehman Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, Mehman Hüseynov 13 avqust 2016-cı il tarixdə, saat 16 radələrində İsmayıllı-Şəki magistral yolunun kənarında meyvə-tərəvəz satdığı yerin qarşısında əvvəldən tanıdığı 2005-ci il təvəllüdlü Mahir Məmmədovu (ad və soyad şərti verilib – red.) görüb.
Çayda çimməyə getmək təklifi
Bu zaman o, Mahir Məmmədova qarşı seksual xarakterli hərəkətlər etmək qərarına gəlib. O, Mahirə havanın isti olduğunu, yaxınlıqdakı Cülyan çayına birlikdə gedərək çimib sərinləməyi təklif edib. Mahir Məmmədov da onun təklifi ilə razılaşıb.
Bundan sonra onlar birlikdə həmin çaya gediblər. Çayda çimərkən Mehman Hüseynov azyaşlı və fiziki cəhətdən zəif olan Mahir Məmmədova qarşı seksual xarakterli hərəkətlər etmək niyətini həyata keçirmək istəyib.
Çayda seksual hərəkət
Mehman Hüseynov suyun içində azyaşlının köməksiz vəziyyətindən istifadə edib, onun dodaqlarından və yanaqlarından öpməklə alt paltarını aşağı salıb. Həmin vaxt Mehman azyaşlının müqavimət göstərməməsi üçün əlləri ilə qarın nahiyyəsini arxadan qucaqlayıb və qollarını tutaraq, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
Mahir Məmmədov oradan birbaşa evlərinə gəlib və baş verən hadisəni anasına danışıb. Azyaşlının anasının şikayəti əsasında Mehman Hüseynov həbs edilib.
13 il 6 ay cəza
Mehman Hüseynova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Hüseynov 13 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan Mehman Hüseynov apelyasiya şikayəti verib.
Mehman Hüseynov qeyd edib ki, azyaşlıya qarşı heç vaxt əxlaqsız hərəkətlər etməyib. Bununla bağlı işdə sübut olmadığını qeyd edən təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Mehman Hüseynovun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Mirbahəddin Hüseynovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
Cəzadan 1 il 6 ay çıxıldı
Hakim kollegiyasının qərarı ilə Mehman Hüseynovun cəzası 11 ilə endirilib. Bu qərardan da narazı qalan məhkum kasasiya protesti verib.
Prokurorluqda Şəki Apelyasiya Məhkəməsinin qərarından narazı qalıb. Prokuror kasasiya protesti verərək, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.
Tərəflərin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada qərar elan edilib. Qərara görə, həm prokurorluğun protesti, həm də məhkumun şikayəti təmin olunmayıb.