“Ulduz” metrostansiyasında intihar edən gəncin yayılan videosu saxta çıxıb.
Yenicag.az xəbər verir ki, bu haqda “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. O bildirib ki, yayılan video həqiqəti əks etdirmir:
“Gözəl yurdumun gözəl insanları, saytların guya 8 yanvar tarixində “Ulduz” stansiyasında intihar hadisəsinin yayımladıqları videosu saxtadır. O günkü marşrutun nömrəsi 15 idi və həmin xətt üzrə kondisionerli dediyimiz yeni qatar hərəkət edirdi. Videodakı isə köhnə qatarlardandır”.
Onu da xatırladaq ki, 8 yanvar tarixində axşam saatlarında metroda intihar hadisəsi baş verib. Belə ki, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Mustafazadə Rəşad Əlixan oğlu “Ulduz” stansiyasına daxil olarkən özünü qatarın altına atıb.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub