Bakının tanınmış saatsazının bir müddət əvvəl işdən çıxarılan polis oğluna yeni vəzifə verilib.
Mynews.az xəbər verir ki, saatsaz Hacı Fətəliyev APA-ya bildirib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis kapitanı Ceyhun Fətəliyev Nərimanov rayon Polis İdarəsinin Post Patrul Xidmətinə komandir təyin edilib.
H.Fətəliyev oğluna göstərilən etimada görə, Daxili İşlər Nazirliyinin və Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinə təşəkkür edib.
Qeyd edək ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsində inspektor vəzifəsində çalışmış C. Fətəliyev bir müddət əvvəl xidməti avtomobili ilə qəza törətdiyi üçün işdən çıxarılıb.
Həmin vaxtı atası C. Fətəliyevin işdən çıxarılmasını başqa səbəblərlə əlaqələndirmişdi.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub