Kriptoqrafiya üzrə alman mütəxəssisləri “WhatsApp” tətbiqinin şəxsi çat qruplarına daxil olmağın yolunu müəyyən edib.
Mynews.az xəbər verir ki, bu barədə “The Wired” məlumat yayıb.
Araşdırmalar göstərir ki, tətbiqin serverlərinə girişi olan istənilən istifadəçi administratorun icazəsi olmadan şəxsi çat qruplarına yeni istifadəçilər əlavə edə bilər.
Yeni istifadəçinin əlavə olunmasından sonra həmin istifadəçi bütün gələcək yazışmalarla tanış olmaq imkanı qazanır.
Qeyd edək ki, “WhatsApp”da “end-to-end” prinsipli şifrələnmə sistemindən istifadə olunur. İstifadəçilər, o cümlədən şəxsi çat istifadəçiləri arasında gedən bütün yazışmalar, serverlərdə deyil, istifadəçilərin qurğularında saxlanılır. “The Wired” qeyd edir ki, serverlərə yalnız şirkət əməkdaşları, hökumət adamları və ən öncül hakerlər daxil ola bilər.
“Facebook”un (“WhatsApp”a da sahibdir - red.) təhlükəsizlik xidmətinin rəhbəri “Twitter” hesabında bildirib ki, çat qrupunun iştirakçıları yeni iştirakçılar əlavə edildikdə bu barədə bütün iştirakçılar bildirişlə məlumatlandırılır və onlar bu halda həmin şəxslə söhbəti davam etdirib-etdirməməyə özləri qərar verir.
Oxu.Az
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub