Metroda intihara cəhd edən kişi xəstəxanada keçinib.
Mynews.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə 3 saylı şəhər Klinik Xəstəxanasından məlumat verilib.
Xəstəxanadan bildirilib ki, səhər saatlarında metronun "Qara Qarayev" stansiyasında intihara cəhd edən təxminən 60-65 yaşlı naməlum kişi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb. Xəstə reanimasiyada dünyasını dəyişib.
Xatırladaq ki, bu gün səhər saat təqribən 09:18-də "Həzi Aslanov" - "Dərnəgül" xətti üzrə hərəkət edən qatar "Qara Qarayev stansiyasına daxil olmaq istəyərkən təxminən 60 yaşlı, əlində əsa olan kişi özünü qatarın altına atmağa cəhd edib.
Maşinistin sayıqlığı nəticəsində intihar cəhdinın qarşısı alınıb. Yaşlı kişi qatara dəyərək platformaya yıxılıb.
***
Bakı metrosunda intihara cəhd olub.
Mynews.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya bildirib ki, hadisə 09:18 radələrində "Qara Qarayev" metro stansiyasında qeydə alınıb.
Belə ki, "H.Aslanov" metrostansiyasından "Dərnəgülə"ə gedən, 28 saylı marşrut üzrə hərəkət edən qatar "Qara Qarayev" metrostansiyasına daxil olanda 60-70 yaşında bir kişi özünü qatarın altına atmaq istəyib.
"Lakin qatar həmin şəxsi vuraraq platformaya atıb, intihara cəhd edən şəxs relslərin üzərinə düşməyib. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb. İntihara cəhd edən şəxsin vəziyyəti ağırdır", - deyə N.Paşayev vurğulayıb.
***
Bu gün səhər saatlarında Bakı metrosunda daha bir faciə yaşanıb.
Mynews.az milli.az-a istindən hadisə şahidinin verdiyi məlumata görə, "Həzi Aslanov" - "Dərnəgül" xətti üzrə hərəkət edən qatar yaşlı kişini vurub.
İddia edilir ki, kişi intihar etmək istəyib. Lakin tərrəddüd edib. Əvvəl özünü qatarın altına atmaq fikrində olan şəxs son anda fikrini dəyişib. Bununla belə ölümdən xilas ola bilməyib.
Platformaya girən qatar təhlükəsizlik xəttini keçərək önə çıxan kişini vurub. Qatarın güzgüsünün sərt toxunuşu adamın həyatını dəyişməsi ilə nəticələnib.