Sürücülərin əksəriyyəti qanunla cəriməsi olan qaydaları demək olar ki, hər gün pozurlar.
Mynews.az-ın məlumatına görə, bu qayda pozuntularının bəzilərini polis görərkən cərimələyir, bəzilərinə isə göz yumur.
Sürücülərin tez-tez pozduğu və cəriməsi olan qaydaların siyahısını təqdim edirik.
1. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmaq – 60 AZN, 3 bal
2. Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmək – 40 AZN
3. İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmaq – 30 AZN
4. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmaq və ya durmaq – 40 AZN
5. Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmaq – 100 AZN, 4 bal
6. Sərnişin daşıma qaydasını pozulmaq – 60 AZN, 3 bal
7. Nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atmaq - 40 AZN
8. Ara məsafəsi saxlamamaq – 40 AZN
9. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmək – 400 AZN cərimə və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
10. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə vermək - Fiziki şəxslər 60 AZN, vəzifəli şəxslər 200 AZN, hüquqi şəxslər 12 min AZN.