2017-ci il ərzində Azərbaycanda yeni doğulan uşaqlara qoyulan oğlan adları arasında üstünlük Yusifə, qız adları sırasında isə üstünlük Zəhraya məxsus olub.
Mynews.az xəbər verir ki, Ədliyyə Nazirliyindən modern.az saytına verilən məlumata görə, 2017-ci ildə yeni doğulmuş 2936 oğlan uşağına Yusif adı verilib.
Ötən il yeni doğulmuş 2775 qız uşağına isə Zəhra adı qoyulub.
2017-də daha çox qoyulan oğlan adları arasında Yusifdən sonrakı yerlərdə , Hüseyn, Əli, Ömər, Məhəmməd gəlir.
Qız uşaqlarına verilən ən populyar adlar sırasında Zəhranın ardınca Nuray, Fatimə, Zeynəb, Aylin, və Məryəm gəlir.
Qeyd edək ki, Yusif və Zəhra adları son beş ildə Azərbaycanda ən çox qoyulan adlar siyahısında birinci yeri tuturlar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub