Şəhid Aqşin Abdullayevin cəsədi doğulub böyüdüyü Şəkinin Kiş kəndində dəfn edilib.
Hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu Azərbaycan himninin sədaları altında torpağa tapşırılıb.
Şəhidin bu gün doğma kəndinə gətirilərkən lentə alınan görüntüləri sosial şəbəkələrdə də qısa zamanda yayılıb. İnsanları gözyaşlarına boğan video qısa zamanda minlərlə insan tərəfindən izlənilib.
Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırıb. Həlak olan hərbçilərimizin cənazələri vətənə gətirilib.
irilib.
Video: xalqinfo.az