Səidə Muradova Azərbaycanın işğal edilmiş rayonlarından birində doğulub, erməni işğalı nəticəsində öz evlərini tərk etməli olan yüz minlərlə azərbaycanlıdan biridir. Yeniyetməlik illərini Azərbaycandakı çadır düşərgələrindən birində ağır şərtlər altında yaşayıb. Sonradan İsveçə, oradan Parisə gedərək incəsənət, moda təhsili alıb. Nəhayət Nyu-Yorka yollanıb.
Mynews.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkda özünün Object & Dawn baş bəzək aksessuarları brendini yaradan azərbaycanlı məcburi köçkünün barəsində racked.com saytında yerləşdirilmiş videoreportajda deyilir.
Səidə Muradovanın hazırladığı baş bəzək aksessuarları müxtəlif xalqların yerli ənənələrinə əsaslanır. O, baş bəzək aksessuarlarının nümunəsini işləyib hazırlayır, daha sonra o yeddi ölkədə istehsalçılarla tərəfdaşlıq şəraitində işləyərək onların istehsalını təşkil edir. Azərbaycanlı modelyer öz təcrübəsində qədim masai qəbilələrinin əsrlər boyu istifadə etdiyi baş bəzəkləri nümunələrindən də yararlanır.
"Müasir moda artıq bunları hesaba almır. Lakin mən dünyanın bir çox yerlərində istehsalçılarla işləyərək və yeni dizayn texnologiyalarından, lazerlə kəsmə və 3D-printdən istifadə edərək əsrlər boyu istifadə edilmiş metodları yenidən mükəmməl şəkildə həyata keçirə bilirəm”, - Səidə Muradova deyir.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub