Bu həftə Bakı metropolitenində iki nəfər gənc özünü relslər üstünə ataraq həyatına qəsd etdi: iki nəfər gənc həyatdan köçsə də, ailələrinə illərlə çəkəcək böyü bir ağrı qoyub getdilər.
Mynews.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, düz deyilir ki, vaxtında onlara psixoloji dəstək olunsa idi, faciələrin qarşısını almaq olardı.
“Ancaq hadisə baş verib və gələcəkdə də belə hadisələrin təkraralanacağı istisna deyil. Xaricdə bu probelmin həllini artıq tapıblar və metro stansiyalaraında qatar platformalarında qurulan qurğular sui-qəsdlərin qarşısını tam ala bilir. Platformalarda bütün xətt boyu şəffaf divar çəkilir və aralarında olan qapılar ancaq qatar platformada dayandıqdan sonra açılır. Belə sistem Rusiyanın Sankt-Peterburq, Koreyanın Seul və Çinin Tayvan adasının mərkəzi Taybey şəhər metrolarında qurulub. Bu yaxınlarda onlar Belarusun paytaxtı Minsk şəhər metrosunda da qurulacaq...” – deyə, millət vəkili sözlərinə əlavə edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub