“Bu həftə Bakı metropolitenində iki nəfər gənc özünü relslər üstünə ataraq həyatına qəsd etdi. İki nəfər gənc həyatdan köçsə də, ailələrinə illərlə çəkəcək böyü bir ağrı qoyub getdilər”.
Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədəki hesabında yazıb. “Vaxtında onlara psixoloji dəstək olmaqla faciələrin qarşısını almaq olardı” deyən deputat, gələcəkdə belə hadisələrin təkrarlanacağını istisna etməyib:
“Xaricdə bu problemin həllini artıq tapıblar və metro stansiyalarda qatar platformalarında qurulan qurğular sui-qəsdlərin qarşısını tam ala bilir.

Platformalarda bütün xətt boyu şəffaf divar çəkilir və aralarında olan qapılar ancaq qatar platformada dayandıqdan sonra açılır.
Belə sistem Rusiyanın Sankt-Peterburq, Koreyanın Seul və Çinin Tayvan adasının mərkəzi Taybey şəhər metrolarında qurulub. Bu yaxınlarda onlar Belarusun paytaxtı Minsk şəhər metrosunda da qurulacaq.

Belə sistemi Bakı metrosunda da qurmaq olardı”.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev ilə əlaqə saxlamaq istəsək də, bu mümkün olmadı.
Mövzunu diqqətdə saxlayacağıq.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub