Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər xəstəxanaya yerləşdirilib.
Müsavat başqanı Arif Hacılı Oxu.Az-a açıqlamasında deyib ki, bu gün İ.Qəmbərin ürəyində narahatlıq yaranıb və kardioloqa müraciət edib:
“Həkim İsa Qəmbərə ürəyini anju etdirməyi məsləhət görüb. Daha sonra Mərkəzi Klinikada müayinələrdən keçib. Müayinələrdən sonra onun ürəyində problemlərin yarandığı məlum olub. İsa Qəmbər hazırda Mərkəzi Klinikada müalicə olunur və özünü yaxşı hiss edir”.
Onun sözlərinə görə, İ.Qəmbər iki gün xəstəxanada qalmalı olacaq.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub