Soyuq havalar başlayan kimi boğaz ağrısı şikayətləri də artır.
Mynews.az lent.az-a istinadən ingilis qulaq, burun, boğaz həkimi Alasdair Macenin boğaz ağrısından qurtulmaq üçün etməli olduğumuz və olmadığımız məqamlar barədə məsləhətlərini təqdim edir.
Lazımdır:
Boğazdakı vəzləri yumşaltmaq üçün duzlu su ilə qarqara edin.
Lazım deyil:
Aspirin immunitet təsirini azaldacağı üçün ondan istifadə etməyin.
Lazımdır:
Çay için. Çay boğaz quruluğu yaratmadan sağaldır.
Lazım deyil:
Alkoqolik içkilər və qəhvə içməyin. Alkoqol və kafein bədəninizin susuz qalmasına səbəb olur.
Lazımdır:
C vitamini almaq üçün portağal, sink almaq üçün istiridye yeyin.
Lazım deyil:
Xəstə ikən çox danışmayın. Bu, boğazınızı daha pis hala gətirə bilər.
Lazımdır:
Mərkəzi isitmə sisteminin quruducu təsiri ilə savaşmaq üçün hava nəmləndirici istifadə edin.
Lazım deyil:
İnfeksiya sağalmadan qətiyyən siqaret çəkməyin.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub