Dünyada hər dörd insandan biri ağız qoxusu problemi yaşayır.
Mynews.az medicina.az-a istinadən bildirir ki, stomatoloqlar bunun daxili orqanlardakı problemlərdən əlavə, psixoloji problemə də səbəb ola biləcəyini bildiriblər. Türkiyəli stomotoloq Şiar Atmaca qeyd edib ki, bu, insanların özgüvənini azalda bilər: "Bu problem insanların özünə olan güvənlərinin sarsılmasına səbəb olur. Hətta bu səbəbdən evliliklərin bitdiyinə şahid olmuşam".
Ağız qoxusunun qulaqardı edilməməsinin vacibliyini vurğulayan Atmaca, gündə ən azı iki dəfə diş fırçalanmasının mühüm olduğunu bildirib:
"Professional ağız gigiyenası üçün qarqara və diş iplərindən istifadə edilməlidir. İldə 2 dəfə diş həkimi müayinəsinə gedilməlidir".
Stomotoloq çürük dişlər qədər xroniki tənəffüs yolu problemləri və astma xəstəliyinin də pis qoxuya səbəb ola biləcəyini qeyd edib.
"Ağız qoxusu boğaz şişləri, ağciyər infeksiyaları, böyrək və qaraciyər çatışmazlığının xəbərçisi ola bilər", - deyə Atmaca vurğulayıb.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub