USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

“İstanbullu gəlin”in ƏSL HEKAYƏSİ və baş qəhrəmanın gerçək həyatda YAŞADIQLARI - VİDEO

21:43 14.01.2018
“İstanbullu gəlin”in ƏSL HEKAYƏSİ və baş qəhrəmanın gerçək həyatda YAŞADIQLARI - VİDEO
21:43 14.01.2018

Azərbaycanda da maraqla izlənilən "İstanbullu gəlin" serialının real hadisələr əsasənda çəkilməsi onu daha baxımlı edir.

Mynews.az bu yazıda oxucuları serialın əsl hekayəsi ilə tanış edir.

Ülkü Üst adlı gənc qız musiqiyə olan sevgisinə görə İstanbulda Fatih Liseyini atıb "Rumeli Türkləri Musiqi Dərnəyi"nə yazılır. O, orada Rüştü Eriç ve Feridun Darvazdan dərs almağa başlayır. Amma maddi ehtiyacını qarşılamaq üçün eyni zamanda Beyoğlunda geyim mağazasında çalışmağa qərar verir.

O zamanlar "O Ses Türkiyə"nin sələfi sayıla bilən mahnı müsabiqələri keçirilirdi. Ülkü Üst 1968-ci ildə "Həftəsonu" qəzetinin təşkil etdiyi və səkkiz yüz nəfərin iştirak etdiyi müsabiqədə birinci olur. Bu müsabiqə sayəsində məşhurluq qazanan Ülkü bir çoxlarının diqqətini özünə çəkə bilir.

O illərdə Kabataş Kişi Liseyində oxuyan beş nəfər gənc musiqiçinin yaratdığı "Bəyaz kəpənəklər" qrupu da Türkiyədə ən çox bəyənilən qrup idi. Qrupdan ayrılan qadın vokalçısı Əzizə Gencebay Orhan Gencebayla evlənmişdi. Qrup yeni vokalçı axtardığı ərəfədə Ülkünün müəllimi onu musiqi rəhbəri olduğu "Bəyaz kəpənəklər" qrupuna dəvət edir. Ülkünün bu qrupda fəaliyyəti ona daha bir uğur gətirir.

Qrupun hətta 1970-ci illərdə "Sən gedincə bax nələr oldu" adlı mahnısı Hollandiya və Avropada ən çox bəyənilən kompozisiya olub.

Bursanın ən zəngin iş adamlarından biri Əli Sarpkan "Bəyaz kəpənəklər" qrupunun çıxışını izləmək üçün tez-tez İstanbula gələrmiş. Bu gəlişlərin səbəbkarı sözsüz ki, Ülkü Üst idi. Ali Sarpkan nəğmələrini dinlədiyi qıza o qədər aşiq olur ki, evlilik təklifi edib onu da özüylə Bursaya aparmaq istəyir.
Onlar 1975-ci ildə ailə qurur. Cütlüyün toyunda Bursanın ən adlı-sanlı adamları iştirak edir. Ülkü də əri ilə birlikdə Bursaya yerləşir.

Bursanın zəngin ailəsinin yaraşıqlı oğlu ilə ailə quran Ülkü Üst ərinin Sarpkan soyadını alır, amma həyatı gözlədiyi kimi şən keçmir. Serialda da təsvir olunduğu kimi Ülkü ailənin sevilməyən gəlini idi. Odur ki, karyerasını ailə səadətinə dəyişən gəlin özünü ailəyə sevdirmək və qəbul etdirmək üçün əziyyətlərə qatlaşmalı olur. Ülkünün qayınanası sərt xarakterə malik idi, lakin serialdakı Esma obrazının eynisi olmayıb. Aydın məsələdir ki, serialda ssenarilər daha qabardılmış şəkildə təqdim olunur.

İş adamı da müğənni ilə ailə qurduğu üçün Bursanın sayılıb-seçilən ailələrinin tənqidinə məruz qalmışdı. Bununla belə Ülkü Üst musiqi karyerasına son verməsini belə izah edib:

"Onu çox sevdim, indi də sevirəm. Ərimə bağlandım, uzun illərdir ki, evliyik. Uşaqlarım oldu. Musiqini atdım, amma içim ağladı..."

O, evləndikdən sonra köhnə peşəsinə - dərziliyə qayıdıb və şəxsi moda evini açıb. Adını isə "Kəpənək moda evi" qoyub.

"Xırda-para işlər görməyə başlamışdım, qayınanam mağaza və bir neçə tikiş maşını verdi. Beləliklə də peşəkar şəkildə tikişlə məşğul olmağa başladım. Həmin ərəfədə xeyriyyə tədbirlərində də oxumağa başlamışdım".

Ülkü Üst bildirib ki, "İstanbullu gəlin" serial onun hekayələri əsasında çəkilir. (publika.az)


Xəbər lenti

300x200r