Rusiya Elmlər Akademiyasında işğal edilmiş ərazilərimizdə qanunsuz qazıntıların aparılmasında iştirak etməkdən imtina etmiş görkəmli alimin 100 illik yubileyi qeyd olunacaq.
Mynews.az xəbər verir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, yanvarın 13-də Rusiya Elmlər Akademiyasının Maddi Mədəniyyət İnstitutunun aparıcı elmi əməkdaşı, İnstitutun paleolit şöbəsinin məsləhətçisi, tarix elmləri doktoru, professor Vasili Prokopiyeviç Lyubinin 100 yaşı tamam olub. Elmi fəaliyyəti dövründə dünya şöhrətli arxeoloq rəhbəri olduğu çöl tədqiqatlarında bir sıra paleolit və mezolit dövrü düşərgələrini aşkar edib, Şimali və Cənubi Qafqazın, o cümlədən Azərbaycanın, həmçinin, Türkmənistanın və Afrika qitəsinin daş dövrü abidələrinin tədqiqatlarında iştirak edib.
Professor V.Lyubin dünyaca məşhur mərhum Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovla uzun müddət əməkdaşlıq edib, paleolit dövrü arxeologiyası üzrə azərbaycanlı mütəxəssislərin formalaşmasında önəmli rol oynayıb.
Qeyd edək ki, professor V.P.Lyubin həqiqi ziyalı və alim əxlaqına malik olaraq, işğal edilmiş Azərbaycan torpaqlarında paleolit və mezolit dövrünə aid abidələrdə (Azıx mağarası, Quruçay hövzəsi) tədqiqat aparmaq barədə erməni qəsbkarları tərəfindən ona edilmiş təklifləri qətiyyətlə rədd edib, işğal edilmiş ərazilərdə qanunsuz qazıntıların aparılmasında və qanunsuz tədqiqatlarda iştirak etməyin alim və ziyalı etikasına sığmadığını bildirib.
15-16 yanvar tarixlərində Rusiya Elmlər Akademiyasında görkəmli alimin yubileyi ilə əlaqədar tədbirlər keçiriləcək. Yubiley tədbirlərində respublikamızı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov təmsil edəcək.
1
"Qarabağ" "Liverpul"a böyük hesabla uduzdu
1174 dəfə oxunub
2
Baş nazir sərəncam imzaladı
1125 dəfə oxunub
3
Azərbaycan Bosniya üçün vizasız rejim təklif edib
1124 dəfə oxunub
4
Marneulidə toy kortejində baş verən qəzada iki azərbaycanlı ölüb - FOTO
1088 dəfə oxunub
5
Bu ərazilərdə MİDA-nın yeni binaları tikilir
1063 dəfə oxunub