Yanvarın 14-ü gündüzdən 15-i səhərədək Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, ölkə ərazisində yanvarın 14-ü gündüzdən 15-i səhərədək hava şəraiti yağıntılı olub, bəzi yerlərdə sulu qar, qar yağıb.
Şimal-qərb küləyi əsib, bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-8, Böyük Qafqazda 1-10, Qazax-Gəncə zonasında 1-6, Mərkəzi Aran rayonlarında 1-12, Naxçıvan MR-da 2-7, Kiçik Qafqazda 2, Lənkəran-Astara zonasında 1-17 mm olub.
Qar örtüyünün hündürlüyü Sarıbaşda 14, Şahdağda 12, Qırız, Kişçayda 10, Şəkidə 9, Altıağac, Xaçmaz, Lerikdə 8, Şərur, Yardımlıda 6, Qusar, Rvarudda 5, Zaqatalada 4, Qəbələ, Oğuz, Şamaxı, Quba, Kəlvəz, Xınalıqda 3, Şahbuz, Daşkəsən, Gədəbəy, İsmayıllı, Xaltan, Göytəpədə 2, Tovuz, Mərəzə, Ağdərə (Ordubad), Tərtərdə 1 sm təşkil edib.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub