Azərbaycanda yanvarın 16-də gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 0-2, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında yanvarın 16-da hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub