USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Qayınım mən yuyunanda hamama daxil olurdu, yataq otağıma girirdi Qadının həyatı DƏHŞƏTƏ GƏTİRDİ

16:58 15.01.2018
Qayınım mən yuyunanda hamama daxil olurdu, yataq otağıma girirdi Qadının həyatı DƏHŞƏTƏ GƏTİRDİ
16:58 15.01.2018

BiG.AZ saytı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyilə birgə "Susma" adlı layihəyə həyata keçirir. Layihənin məqsədi ictimai birliyin sığınacağına sığınmış, zorakılığa, şiddətə məruz qalan qadınların həyat hekayələrini ictimaiyyətə təqdim etməkdir. Növbəti dəfə Big.az-a danışan xanım əri tərəfindən övladı əlindən alınan Günel Məmmədovadır (ad şərtidir). 

- Necə oldu ki, bu sığınacağa yerləşdirildiniz?

- Mən 2011-cı ildə ailə qurmuşam. Onunla ailə quranda artıq o, 28 il idi ki, Rusiya vətəndaşıydı. Mən onun ikinci həyat yoldaşı oldum. Birinci xanımı sinif yoldaşı olub. Həmin xanımla 17 il ailəli olublar. Həmin nikahdan 2 qızı var. Hər kəs birinci xanımından üz döndərsə də, böyük bacısı onu çox istəyirdi. Ərim ailə quranda mənə dedi ki, sən kənd qızı olduğundan ailə qururam, anam-bacım deyən qızı ona görə almıram ki, onlar mən deyən yolu gedə bilməzlər. Avqustun 2-si onunla ailə qurdum. Ailə qurduğumuz ilk gündən ailəsi məni bəyənmədi. Məndən ayrılmasını istəyirdilər. O, oğlumuzun olmasını istəyirdi, qız olsa abort etdirməyimi tələb edəcəkdi. Elə oldu ki, oğlumuz oldu. 15 gün qayınatamgildə qaldım. Bu 15 gündə ancaq söz- söhbət olurdu. Böyük baldızım istəmirdi ki, ərim birinci ailəsini dağıtsın. 

- Əriniz sizinlə necə davranırdı?

-Çox mədəni insanıydı. Onun qoca, xəstə rus sahibi var idi. Mən oraya gedəndən həmin evin sahibinə atam kimi baxırdım. 2012-cı ildə oğlum dünyaya gəldi. Oğlumun artıq 6 yaşı var. Oğlum dünyaya gələn zaman rus öldü. Rus ölənə kimi bacısı, ailəsi, kənddən gələnlər evimizi futbol topuna döndərmişdilər. Məni çox incidirdilər. Ərimə deyəndə də, o, heç nə demirdi. Düzdür, yaxşı qazanırdı. Mən bu gün başıma gələnləri kiməsə danışanda deyirlər ki, ərin rus sahibəsinə görə dözürmüş. Çünki onun dərdini heç kim çəkməzdi. Rus sahibəsi öləndən sonra ərim evi öz adına çevirdi. Evi öz adına çevirəndə onlar kimi oldu. Mənim əlimdə döyülmə videolarım var. Telefonum əlimdən alınıb. Mən evə bağlı şəkildə saxlanılmışam. Sahibəsi öləndən sonra ərim məni Azərbaycana gətirib anamın üstünə atdı. Bəhanəsi də guya evi təmir etdirirdi. Anam təzyiq xəstəsi idi. İl yarım Azərbaycanda qaldım. Keçən ilin martında guya oğlumu gəzdirmək, paltar almaq adı ilə Dağıstana qədər qaçırtdı. Mən də qayınatamgilə gedib dedim ki, uşağımı qaytarmasanız, özümü öldürəcəyəm. Gedib uşağımı alıb Azərbaycana qayıtdım. 8 aya kimi anamla qaldım. O eşitdi ki, anam öləcək, məni geri apardı. 

Qayınım mən yuyunanda hamama daxil olurdu, yataq otağıma girirdi - Qadının həyatı DƏHŞƏTƏ GƏTİRDİ

- Rusiyaya geri qayıdanda ailənin sizə münasibəti necə oldu?

- Geri qayıdanda gördüm ki, evimiz adamla doludur. Yenə mən hər şeyə razı idim. Təki övladım yanımda olsun. Mən bütün günü evin işlərini təkbaşıma görürdüm. Əri evə gələndə məni döydürürdülər. Məni döyüb dəfələrlə meşəyə atırdılar. Orda ruslarla rastlaşırdım, məni evə gətirirdi. Dili də yaxşı bilmirdim. Onlar məni meşəyə ona görə atırdılar ki, mən həmin rusa yaxınlaşım. Adını da qoysunlar ki, guya mən gəzəyənəm, ərimə meşədə rusla xəyanət edirəm. Onlar bunu etməklə övladımı əlimdən almaq istəyirdilər. Rus sahibəsi öləndən sonra çalışırdılar ki, oğlumu əlimdən alsınlar. Azər həmişə mənə deyirdi ki, ailəmi həmişə səndən üstün tutacağam. Məni aparıb bacısıgilə atırdı. Bacısı da ağlayaraq ona zəng edirdi ki, Günel bizim yeməyimizə zəhər atıb, bizi öldürmək istəyir. Mən də deyirdim ki, mənim pulum var zəhər alım? O, məni hamının ayağa Verdi, arxamda durmadı. Övladım atasını çox sevirdi. Mən atasız böyüdüyümə görə istəmədim ki, oğlum da atasız böyüsün. Sonu da belə oldu. Qaynım mən yuyunanda hamama daxil olurdu, yataq otağıma girirdi. Hərəkətini, danışığını bilmirdi. Bu da əlbəttə, məqsədli idi. Çünki məni dəli kimi qələmə vermək istəyirdilər. 10 ayda mən gündə söyülmə və döyülmə ilə qarşılaşmışam. Evin pərdələrini, qablarını sındırırdılar. Yeməyi ayaqyoluna tökürdülər. Ərim evə gələndə də deyirdilər ki, Günel bizim yeməyi ayaqyoluna tökür. Xəstəxanadan ekspert gətirirdilər ki, gəlin dəli olub. Ərim bu dəfə də deyirdi ki, oğlumun anasıdır, bir dəfə də şans verirəm. Sonda isə məni dəli adlandırıb xəstəxanaya atdılar. Səbəb isə qaynımın uşağı oğlumu boğurdu mən də əsəbləşib onun qolunu dişlədim. Bunu onlar videoya çəkdilər. Həm də evi dağıdıb məni şərlədilər. Yalandan deyirdilər ki, guya mən uşağı eyvandan atıram, üstlərinə bıcaq çəkirəm. Ərim də bütün bu yalanlara sadəcə susurdu. Məni atdılar dəlixanaya. Adını da qoydular ki, guya uşağın psixologiyasını pozmuşam. Mən xəstəxanada 15 gün yatdım. Həkim mənə dedi ki, biz səni kameradan izləyirik normal, sağlamsan. Həkim ərimə zəng elədi. Ərim də yalandan həkimə dedi ki, mən Bakıdayam, 15 gün də yatırın, pulunu ödəyəcəyəm. 1 ay məni xəstəxanada yatızdırdı. Sən demə, 1 ay xəstəxanada yatan anaya uşaq vermirlər. Nikahımız silinib. Amma mən məhkəmədə iştirak etməmişəm. 

- Oğlunuzun sizə münasibəti necədir?

-Oğlum mənə ana demir. Atası hər kəsə məni günahkar kimi qələmə verir. Məni xəstəxanadan çıxarıb öz tanışı ilə Bakıya -dayımın üstünə atdı. Mənə hansısa dərman vermişdilər. Rayonda hamı şahiddir ki, mən hansı vəziyyətdə olmuşam. Gəldim 1 ay yatdım. Ayıldım ki, oğlum yoxdur. Pul tapıb Rusiyaya getdim. Soyuqda blokda yatırdım. Qaynım da, ərim də məni döyürdülər ki, sən bura kimlə gəlmisən. Övladımı mənə göstərmədilər. 

- Oğlunuzu geri almaq üçün hara müraciət etmisiniz?

- Hara gedirəm, dərdimə əlac yoxdur. Hər kəs deyir Rusiya vətəndaşı olduğu üçün gedin probleminizi orada həll edin. Mən hər yerə müraciət etmişəm. Son ümid kimi, Xoşqədəm xanımın verilişinə çıxdım. Mən keçmiş ərimdən heç nə istəmirəm. Artıq o, üçüncü dəfə evlənib. Ümidlə övladımın mənə qaytarılmasını gözləyirəm.


Xəbər lenti

300x200r