Azərbaycanın Goranboy rayonunda, küçədə tapılan 104 yaşlı Mədinə Əliyeva Çeçenistana çatıb.
Mynews.az-ın Oxu.Az-a istinadən verdiyi xəbərə görə, qadın respublikanın Naursk rayonunun Alpatovo kəndindəki sığınacağa yerləşdirilib.
Əliyevanın Çeçenistana qayıdışı və sığınacağa yerləşdirilməsi ilə bağlı yerli telekanalda hazırlanan reportaja əsasən, qadın yaşlı olduğuna görə “Azərbaycana gəlişinə qədər olan bioqrafiyası ilə bağlı faktları səhv sala bilər”
Çeçen telekanalının kamerası qarşısında Əliyeva uzun müddət İordaniyada, atasının qohumlarıgildə yaşadığını, ancaq hər zaman Çeçenistanda yaşamaq istədiyini bildirib.
Bununla belə, Mədinə Əliyeva bəzən rus sözlərindən istifadə etməklə çeçen dilində səlis danışır və buna görə onun İordaniya çeçenlərindən olması inandırıcı görünmür. Qohumları ortaya çıxana qədər qoca dövlətin tam təminatı altında, sosial sığınacaqda qalmalı olacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub