“Ölkə.Az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat yayılıb. Verilən məlumata görə, axtarış-xilasetmə əməliyyatları Tufandağ istiqamətində gedir.
“Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib. Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində, dəniz səviyyəsindən 3217 metr yüksəklikdə aparılır”, - deyə məlumatda bildirilib
Qeyd edək ki, Quba rayonunun Xınalıq kəndindən dekabrın 23-də Tufandağı istiqamətində yürüşə çıxıb və onlarla əlaqə kəsilib. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən heç bir məlumat almaq mümkün olmayıb. FHN həmin şəxslərin axtarışına başlayıb. Əraziyə helikopter göndərilib.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub