Rusiyanın Xabarovsk vilayətində pauerliftinq üzrə dünya çempionunun qətlində təqsirləndirilən Anar Allahverənovun atası yol qəzasında dünyasını dəyişib.
Mynews.az oxu.az-a istinadən xəbərinə görə, bu barədə RİA Novosti-yə Allahverənovlar ailəsinin vəkili Konstantin Lısenko məlumat verib.
Yerli KİV yazır ki, Anar Allahverənovun atasını vəkilin ofisinə gedərkən maşın vurub. Zərbə elə güclü olub ki, onun ayağını qoparıb. Ölən şəxsin 59 yaşında olduğu qeyd edilir. Bəzi məlumatlarda bildirilir ki, bu, əvvəlcədən planlaşdırılmış sui-qəsdir. Qəzanı törədən sürücü hadisə yerindən qaçmayıb.
“Müdafiə etdiyim şəxsin atası yol-nəqliyyat hadisəsi nəticəsində ölüb. O, mənim ofisimə yox, yaxınlıqda yerləşən öz iş yerinə gedirmiş. Bu gün dəfn olunacaq. Anar dəfndə iştirak etməyəcək, buna qanun icazə vermir”, - deyə vəkil Lısenko bildirib.
Vəkil Anar Allahverənovun atasının ünvanına ötən il ərzində çoxlu sayda hədələrin gəldiyini bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub