Azərbaycanda yanvarın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-3, gündüz 5-8, Bakıda gecə 1-3, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında yanvarın 18-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub