USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Kosmetik vasitələrin zərərləri AÇIQLAMA - VİDEO

17:19 18.01.2018
Kosmetik vasitələrin zərərləri AÇIQLAMA - VİDEO
17:19 18.01.2018

“Əgər bir qadın kosmetikadan istifadə etmirsə, deməli o, özündən çox razıdır”.

Koko Şanel belə hesab edirdi. Hələ qədim dövrlərdən qadınlar gözəl görünmək üçün müxtəlif vasitələrə əl atıblar. Bu istiqamətdə müasir dövrün xanımları öz əcdadlarından qat-qat qabağa gediblər deyə bilərik. Günümüzdə müxtəlif adda yüzlərlə kosmetik vasitə istehsal olunur və satışa çıxarılır.

ARB TV-nin “Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Kosmetika alarkən qiymətə üstünlük verirsiz, ya keyfiyyətə?

Sakin: “Keyfiyyətə. Az-çox zərərlərini bilirəm. Dəridə müəyyən fəsadlar yaradır”.

Sakin: “Allergiya verir, adamda narahatçılıq yaradır. Keyfiyyətli kosmetika isə həmişə yaxşıdır”.

Sakin: “Kosmetikadan çox istifadə etmirəm. Amma təbii ki, 5 manatlq kosmetika fəsadlar törədəcək. Dəridə səpgilər yaradır”.

Təbii ki, keyfiyyətə verilən önəm qiyməti üstələməlidir, lakin ucuz kosmetik vasitələrdən istifadə edənlər də az deyil. Burada bir məqama aydınlıq gətirək. Normal makiyaj edən xanım gün ərzində 515 kimyəvi maddənin təsirinə məruz qalır. Bu maaddələr dodaq, dırnaq, saç boyalarının, tonal kremlərin, ətirlərin vasitəsi ilə insanın bədəninə hopur. Məsələn, adi dodaq boyasında 26, dırnaq boyasının tərkibində isə 31 adda kimyəvi maddə mövcuddur. Ətirlərdə isə bu rəqəm 250-dək arta bilir. O səbəbdən də kosmetikadan istifadə edərkən diqqətli olmaq lazımdır.

Zita Atakişiyeva – Kosmetoloq: “Bəzi qızlar 15 yaşından sonra kosmetikadan istifadə edir. Problem olandan sonra problem, bu vasitə ilə aradan götürürlər. Amma sırf kosmetikanı hansısa problemi aradan götürmək üçün istifadə etmək düz deyil”.

Belə olan halda keyfiyytəsiz və saxta kosmetikaların insan orqamizminə göstərdiyi təsiri iki-üç dəfə artır deməkdir. İstifadə müddəti başa çatmış kosmetik vasitələr də təhlükə saçır.

Hazırda Respublika ərazisində satışı aparılan kosmetik vasitələrin 50 faizi keyfiyyətsiz hesab olunur. Saxta məhsullar ölkəyə ən çox Dubay, Türkiyə, İran, Çin və Hindistandan gətirilir.

Deyirlər, çirkin qadın yoxdur, baxımsız qadın var. Bəli, baxımlı olmaq vacibdir, amma bir məqamı unutmamaq şərti ilə. Çalışaq ki, 10-nundan 9-zunun zahiri olduğu gözəllik, bizi sağlamlığımızdan etməsin.


Xəbər lenti

300x200r