Qazaxıstanın Aktobe vilayətində yanmış avtobus Mehdiyev Orduxan Sabir oğluna məxsus olub. Onun Azərbaycanlı olduğu iddia olunur.
Oxu.Az xəbər verir ki, bu barədə NUR.kz portalı Qazaxıstanın investisiya və inkişaf nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, Qazaxıstanda yanmış avtobusun sahibinin sərnişin daşımaları üçün müvafiq lisenziyası olmayıb. Yanan avtomobil 1989-cu ildə istehsal olunmuş “Setra” (alman) markalı avtobus olub.
“Avtobusun sahibi qeyri-müntəzəm sərnişin daşımaları üçün müvafiq lisenziya almayıb, çox güman ki, o, icarə müqaviləsi əsasında işləyib”, – deyə məlumatda qeyd olunur.
Avtobus sonuncu dəfə icbarı texniki baxışdan 2015-ci ilin avqust ayında keçib. Bəzi məlumatlara görə, o, azərbaycanlı olub.
Xatırladaq ki, yanvarın 18-də Aktobe vilayətində yanan avtobusda 52 nəfər həlak olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub